Attraksion qəflətən yerə çırpıldı - Yaralılar var

15:54 - 31 İyul 2025

Attraksion qəflətən yerə çırpıldı - Yaralılar var

Səudiyyə Ərəbistanının qərbində yerləşən Taif şəhərinin Əl Hada rayonunda yerləşən əyləncə parkında attraksion qəflətən yerə çırpılıb. Mərkəzin dirəyi ikiyə bölündükdən sonra, böyük bir səs-küylə yerə düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 23 nəfər yaralanıb. 

Onlardan 3 nəfəri ağır vəziyyətdədir. Yaralılar dərhal yaxın xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı dərhal araşdırma başladıqdan sonra, əyləncə parkının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Araşdırmaların yekunlaşmasına qədər parkın fəaliyyət göstərməyəcəyi bildirilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az