Rusiyada güclü zəlzələ oldu

21:19 - 31 İyul 2025

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında Bakı vaxtı ilə saat 18:35 radələrində (yerli vaxtla avqustun 1-i saat 02:35-də) 6,1 maqnitudalı zəlzələ baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Afterşok Sakit Okeanın təxminən 24 km dərinliyində qeydə alınıb, ocağı isə Petropavlovsk-Kamçatskidən 239 km aralıda yerləşir.

Bu afterşok əsas zəlzələdən sonra ən güclü afterşoklardan biri olub. Son bir neçə saat ərzində maqnitudası 4-5,9 arasında olan afterşoklar təxminən hər 10-20 dəqiqədən bir qeydə alınır və onların tezliyi tədricən azalır.

Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 03:24) Sakit Okeanda Kamçatka yaxınlığında 8,7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az