Yeni həşərat növü aşkar edildi

09:47 - 01 Avqust 2025

Yeni həşərat növü aşkar edildi

Avstraliyada uzunluğu təqribən 40 santimetr, çəkisi isə 44 qram olan "Acrophylla alta" adlı yeni çubuqlu həşərat növü tapılıb.


Manset.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Məlumata görə, Kvinslend əyalətinin şimal hissələrində tapılan bu yeni növ, çubuqlu həşəratlar arasında diqqət çəkən xüsusiyyətlərə malikdir. Növün kəşfini edənlərdən biri olan Anqus Emmott sosial mediada onlara göndərilən bir fotoşəkil əsasında bu növü axtarmağa başladığını bildirib.

Emmott, yumurtalarını araşdıraraq bu növün yeni olduğunu müəyyənləşdirib və qeyd edib ki, yumurtaların özünəməxsus xüsusiyyətləri var. Növün ən əhəmiyyətli xüsusiyyətinin çəkisi olduğunu vurğulayan Emmott, "Acrophylla alta"nın Avstraliyada rast gəlinən ən ağır həşərat növü ola biləcəyini bildirib.

Eyni zamanda, Emmott növün indiyə qədər kəşf edilməməsinin səbəbi olaraq onun yaşayış mühitinə daxil olmanın çətinliyini göstərib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az