28 yaşlı tiktoker canlı yayım zamanı güllələndi

20:02 - 03 Avqust 2025

28 yaşlı tiktoker canlı yayım zamanı güllələndi

Ekvadorlu "TikTok" blogeri Keyla Andreina Qonzales Merkado canlı yayım zamanı güllələnib.


Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

28 yaşlı Merkadonun iki dostu ilə spirtli içki qəbul edərkən sosial şəbəkədə canlı yayımda olduğu bildirilir. Bir anda o, onlardan birinə sataşmağa başlayıb, zarafatla onu vurmağı təklif edib. Nəticədə kişi silahı ona doğrultaraq tətiyi çəkib. Bloger yıxılıb, bundan sonra yayım bitib.

Merkadonu vuran şəxs daha sonra motosikletlə hadisə yerindən qaçıb. O, aldığı yaradan ölüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs hələ də tutulmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az