Onun uzun ömürlü kimi rəsmi statusu Ginnesin Rekordlar Kitabı və ya uzunömürlüləri öyrənən təşkilatlarda təsdiqlənməyib. Türkiyə sakini Hodi Gürkan 132 yaşında dünyasını dəyişib.
Manset.az Lentaz-a istinadla xəbərinə görə, qadın 1894-cü il iyulun 1-də doğulub, 2025-ci il iyulun 30-da vəfat edib. Uzun ömrü ərzində o, üç tarixi dövrün şahidi olub - Osmanlı İmperiyasından müasir Türkiyə Cümhuriyyətinə qədər.
Onun yeddi övladı, 110 nəvəsi və çoxlu nəticəsi var.
Mütəxəssislər onun fenomenal uzunömürlülüyünü genetika, ənənəvi kənd həyat tərzi və Aralıq dənizi pəhrizi ilə əlaqələndirirlər. Bununla belə, onun uzun ömürlü kimi rəsmi statusu Ginnesin Rekordlar Kitabı və ya uzunömürlülüyü öyrənən təşkilatlar tərəfindən təsdiqlənmir.
Gürkanın yaşı düzgün olsa, o, dünyanın ən yaşlı insanı ola bilərdi. Bu titul hazırda ispaniyalı 116 yaşlı Mariya Brnyas Moreraya məxsusdur.