Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Sudanın qərbində yerləşən Şimali Darfurda 5 yaşdan kiçik 640 mindən çox uşağın zorakılıq, xəstəlik və aclıq riski altında olduğunu açıqlayıb.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Şimali Darfurda münaqişə bu ilin aprelindən intensivləşib. Bölgədə vəba xəstəliyi tüğyan edir. İyunun 21-də Tavila şəhərində ilk yoluxma halının aşkarlandığı gündən bəri 1180-dən çox vəba xəstəliyi halı qeydə alınıb. Xəstələrdən 300 nəfəri uşaqlardır. İndiyədək vəbadan ən azı 20 ölüm halı baş verib.
Bölgədə xəstəxanalar bombalanıb və münaqişə zonalarının yaxınlığındakı səhiyyə ocaqları bağlanıb.