ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ayın səthinə nüvə reaktoru göndərməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə "Politico" jurnalında yayımlanan xəbərdə, NASA-nın böyük bir layihəni yaxın zamanda ictimaiyyətə açıqlamaq üçün hazırlaşdığı bildirilib.
Nəqliyyat Katibi və NASA-nın Müvəqqəti Direktoru Sean Duffy-nin bu həftə, reaktorun tikintisi və Aya göndərilməsi ilə bağlı məlumatları açıqlaması gözlənilir.
Layihənin detalları üzrə əldə edilən sənədlərə əsasən, nüvə reaktorunun gücü 100 kilovat olacaq və 2030-cu ilə qədər kosmosa göndərilməsi planlaşdırılır. NASA-nın anonim yüksək vəzifəli rəsmisi isə bildirib ki, ABŞ bu addımla ikinci kosmos yarışında qalib gəlməyi hədəfləyir.
Sənədlərdə həmçinin qeyd edilib ki, Ayda nüvə reaktoru olan ilk ölkə ABŞ, məhdud ərazi elan edərək, bu sahədə ciddi üstünlük əldə edə bilər.