Serbiyanın dövlət investisiyaları naziri Darko Qlisiç, səhər saatlarında Belqradda televiziya proqramında iştirak edərkən beyin qanaması keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxanaya aparılan nazirin vəziyyəti ağırdır.
Serbiyanın Səhiyyə Naziri Zlatibor Lonçar, Qlisiçin huşsuz vəziyyətdə xəstəxanaya gətirildiyini və beyin qanaması diaqnozu qoyulduğunu bildirib.
Serbiya Prezidenti Aleksandar Vučić isə sosial şəbəkədə "Darko, möhkəm dur. Təslim olma" deyə paylaşım edib. Qlisiç 2024-cü ildən dövlət investisiyaları naziri vəzifəsini icra edir.