Qırğızıstanın paytaxtı Bişkekdə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutundan bildirilib.
Yeraltı təkanlar şəhərin bütün ərazilərində hiss edilib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5,1 təşkil edib, episentri Qırğızıstan-Özbəkistan sərhədində, təxminən 10 km dərinlikdə yerləşib.