Rumıniyanın sabiq prezidenti vəfat etdi

20:19 - 05 Avqust 2025

Rumıniyanın sabiq prezidenti vəfat etdi

Rumıniyanın sabiq prezidenti İon İliesku 95 yaşında vəfat edib.


Manset.az xəbər verir ki, bu haqda Rumıniya hökuməti açıqlama yayıb.

“Hökumət dərin təəssüf hissi ilə Rumıniyanın keçmiş prezidenti İon İliyeskunun vəfatını elan edir”, - Nazirlər Kabinetinin saytında yerləşdirilən bəyanatda deyilir.

Məlumata görə, sabiq prezident Professor Aqrippa İonesku adına Klinik Təcili Tibbi Yardım Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, o, Nikolay Çauşeskudan sonra 2000–2004-cü illərdə Rumıniya dövlətinə liderlik edib. Onun hakimiyyəti illərində ölkədə ilk dəfə demokratik seçkilər keçirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az