ABŞ-də təyyarə qəzası - 4 nəfər öldü

09:29 - 06 Avqust 2025

ABŞ-də təyyarə qəzası - 4 nəfər öldü

ABŞ-nin Arizona ştatında xəstələrin daşınması üçün istifadə edilən kiçik təyyarə qəzaya uğrayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həyatını itirib.

Navajo Nation polisi, Facebook hesabında verdiyi açıqlamaya görə, hadisə Çinlə ərazisinin yaxınlığında, yerli vaxtla günorta saatlarında baş verib. Açıqlamaya görə, təyyarə xəstə daşımaq üçün yola çıxıb və eniş zamanı qəza baş verib.

Federal Aviasiya İdarəsi (FAA) bildirib ki, təyyarədə iki pilot və iki tibb işçisi olub. Hadisənin təfərrüatları ilə bağlı ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) araşdırma aparır. NTSB, qəza nəticəsində həyatını itirənlərin sayını təsdiqləyib və "Beechcraft" tipli təyyarənin qəzası ilə bağlı araşdırmaların başladığını açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az