Çində, xüsusilə Quanqdonq əyalətində, son bir ay ərzində çikunqunya virusuna yoluxmuş 7000-dən çox hadisə qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, virusun yayılma halları əsasən Foşan şəhərində müşahidə edilib. Lakin ən azı 12 digər şəhərdə də bu virusa yoluxma hadisələri təsdiqlənib.
Yerli səlahiyyətlilər virusdan zərər çəkən şəxsləri xəstəxanalarda karantinə alıb və onlar üzərində müvafiq testlər aparılır.