Nigeriya Ətraf Mühit Nazirliyi, avqustun 9-dək davam edəcək leysan yağışlarının 19 ştatda daşqın riskini artıracağını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Milli Daşqın Erkən Xəbərdarlıq Mərkəzi, riskli bölgələrə şimal-qərb, cənub, mərkəzi və şimal-şərq əyalətlərini daxil edib. May ayında 117 nəfərin həyatını itirdiyi Niger əyaləti də riskli bölgələr arasında yer alır.
Səlahiyyətlilər, vətəndaşları və yerli hökumətləri tədbir görməyə çağırıb. 2022-ci ildəki daşqınlarda 600-dən çox insan həyatını itirmiş, 1,4 milyon insan evsiz qalmışdı.