Tramp Hindistana qarşı əlavə rüsumu təsdiqlədi

18:37 - 06 Avqust 2025

Tramp Hindistana qarşı əlavə rüsumu təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal edilən mallara əlavə 25% rüsum tətbiq edən sərəncam imzalayıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Ağ Ev məlumat yayıb.

Məlumatda bildirilir ki, buna səbəb Moskvaya sanksiya təzyiqlərinə baxmayaraq, Hindistanın Rusiya neftini almağa davam etməsidir.

Qərar “enerji təhlükəsizliyi prinsiplərinə əməl olunmasının təmin edilməsi” və “sanksiyalardan yayınmağa qarşı” ehtiyacla izah edilir. 

Sənədə əsasən, ABŞ-nin Rusiyadan neft idxalına görə Hindistana tətbiq etdiyi tariflər, fərman imzalandıqdan 21 gün sonra gələn mallara şamil ediləcək.

Sənəddə vurğulanır ki, Hindistan Rusiyadan neftin əsas alıcısı olmaqda qalmaqla, Rusiyanın hərbi işğalçılıq siyasətini həyata keçirməsini maliyyələşdirməyə töhfə verir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az