Qanada 2 nazir helikopter qəzasında öldü

19:22 - 06 Avqust 2025

Qanada 2 nazir helikopter qəzasında öldü

Qana Respublikasında içərisində yüksək vəzifəli şəxslər olan hərbi helikopter qəzaya uğrayıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Qana hökumətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, qəza nəticəsində ölkənin müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar.

Daha əvvəl üç ekipaj və beş sərnişini daşıyan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin radardan itdiyi bildirilmişdi.

Hadisənin səbəbi hələlik məlum deyil.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az