Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-yə səfər edəcək.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlama yayıb.
O bildirib ki, Mirzoyan Baş nazir Nikol Paşinyanın rəhbərlik nümayəndə heyətinin tərkibində Vaşinqtonda səfərdə olacaq.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ABŞ-yə işgüzar səfərə yollanıb.
“The Washington Post” ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşünün gözlənildiyini yazıb.