Çinin cənubunda baş verən daşqınlar Quandun əyalətində həyatı iflic edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yağışlar 4 çayın məcrasından çıxmasına və geniş daşqınlara səbəb olub. Yüzlərlə insan evlərində və avtomobillərində sıxışıb qalıb, 7500-dən çox insan təxliyə edilib.
Baiyun hava limanında 363 reys ləğv edilib. Honq Konqda da güclü yağışlar baş verib, xəstəxanalar su altında qalıb. Yağışın cümə günü azalması gözlənilir.