Tayvan Müdafiə Nazirliyi, Tayvan adası ətrafında 47 Çin hərbi təyyarəsinin uçuşunun müşahidə edildiyini açıqlayıb.
Manset.az xəbər verir ki, Nazirliyin rəsmi "X" hesabından yayımlanan məlumatda, təyyarələrdən 32-nin Tayvan Boğazında tərəflərin təsir dairələrini ayıran orta xətti keçərək, Tayvanın "Havadan Müdafiə Zonası" kimi təyin etdiyi cənub-qərb və cənub-şərq bölgələrində uçduğu qeyd olunub.
Açıqlamada, Çin tərəfindən Tayvan ətrafında ortaq hava və dəniz təlimlərinin başladığı bildirilib. Tayvan ordusunun vəziyyəti izlədiyi və hər hansı bir təcavüzkar hərəkətə cavab verdiyi bildirilib.
Pekin hələlik məsələyə dair heç bir rəsmi şərh verməyib. Çinin Tayvanı öz ərazisi kimi qəbul etdiyi və 1949-cu ildən de-fakto müstəqillik qazanan adanın statusu mübahisə mövzusudur. Son illərdə Pekin, Tayvanı materiklə birləşdirmək məqsədilə hərbi təzyiqləri artırıb və lazım gəldikdə güc tətbiq edəcəyini bəyan edib.