Fransanın cənubundakı Aude departamentində başlayan yanğın hələ də nəzarət altına alınmayıb. Avqustun 5-də Rubaute qəsəbəsində başlayan alov sürətlə 16 min hektar sahəni əhatə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğında 36 ev və 40 avtomobil yanıb. 13 nəfər xəsarət alıb, 65 yaşlı qadın ölüb. Təxminən 2000 yanğınsöndürən və təyyarələrlə müdaxilə davam edir.
Rubaute meri yanğının insan səhvi ilə başlaya biləcəyini bildirib. Fransanın Baş naziri və daxili işlər naziri dünən yanğın zonasına baş çəkib. Aude əyalətində bu il bir neçə böyük yanğın baş verib, bunlar arasında iyulda Narbonne və Sigean şəhərlərindəki yanğınlar da yer alır. Yanğınlarla mübarizə davam edir.