İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 61 mini ötdü

16:52 - 07 Avqust 2025

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 61 mini ötdü

İsrailin 7 oktyabr 2023-cü ildən başlayaraq Qəzza zolağına hücumları nəticəsində həlak olanların sayı 61,258-ə, yaralananların sayı isə 152,045-ə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə nazirliyinin açıqlamasına görə, son 24 saatda 100 nəfər həlak olub, 603 nəfər isə yaralanıb.

Bəzi mənbələrə görə, 18 mart 2025-ci ildən sonra İsrailin atəşkəsi ləğv etməsindən bəri 9,752 fələstinli həyatını itirib. Həmçinin, son 24 saatda humanitar yardım almağa çalışan 51 nəfər ölüb, 230 nəfər isə yaralanıb.

Aclıq və qida çatışmazlığı səbəbindən son bir gündə 4 nəfər dünyasını dəyişib. Qəzza zolağında aclıq səbəbiylə ümumilikdə 197 nəfər ölüb, onlardan 96-sı uşaqlardır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az