Şəxsi təyyarə qəzaya uğradı - 2 ölü, 2 yaralı

09:33 - 08 Avqust 2025

Şəxsi təyyarə qəzaya uğradı - 2 ölü, 2 yaralı

Keniyanın paytaxtı Nayrobidə 4 nəfərdən ibarət şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Məlumata görə, Afrika Tibbi və Araşdırma Fonduna məxsus təyyarə Nayrobidən təxminən 20 kilometr şimal-şərqdə yerləşən yaşayış massivindəki binaya çırpılıb. Kiambu bölgəsinin polis komandiri Moris Odanqa qəzanın iki ölümə və iki yaralıya səbəb olduğunu bildirib. O, həmçinin yaralıların xəstəxanaya aparıldığını açıqlayıb.

Odanqa hadisə ilə bağlı istintaqın başladığını vurğulayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə qəza yerindən qalxan qatı qara tüstü və ərazidəki yüzlərlə insanın, həmçinin ilk yardım qruplarının alov və dağıntılar arasında xilasetmə əməliyyatında iştirak etdiyi görünür.

Təyyarənin missiyası, ölənlərin kimliyi və qəzanın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. Hadisə yerinə təcili yardım və mülki şəxslərlə yanaşı, aviasiya nümayəndələri də göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az