Qana prezidenti Con Dramani Mahama hökumət helikopterinin qəzaya uğramasından bir neçə saat əvvəl ölkənin cənub-şərqinə uçmaq fikrini dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, çərşənbə günü qəzaya uğrayan hərbi helikopterin göyərtəsində olmalı idi. Dövlət başçısı cənub-şərqə planlaşdırdığı səfərini mühüm işlərlə əlaqədar son anda ləğv edib.
Xatırladaq ki, avqustun 6-da Qana Hərbi Hava Qüvvələrinə məxsus Z9 vertolyotunun qəzaya uğraması nəticəsində göyərtəsində olan 8 nəfərin hamısı, o cümlədən müdafiə, ətraf mühit, elm və texnologiya nazirləri həlak olub.