Çin Filippinə nota verdi

13:38 - 08 Avqust 2025

Çin Filippinə nota verdi

Çin, Filippin Prezidenti Kiçik Ferdinand Markosun Tayvanla bağlı açıqlamalarına etiraz edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi, Tayvanın Çin ərazisinin ayrılmaz hissəsi olduğunu və Filippinin əvvəlki "vahid Çin" siyasətinə sadiq qalmasını tələb edib. Pekin, Markosun "yalan və təxribat xarakterli" ifadələrinin Çin-Filippin münasibətlərinə zərər verdiyini vurğulayıb.

Markos, Hindistana səfəri zamanı Tayvanla bağlı münaqişədə Filippinin iştirak edəcəyini və ölkəsinin öz vətəndaşlarını geri qaytarmaq üçün hərəkət edəcəyini söyləmişdi. Çin isə Filippin hökumətini bu mövzuda "odla oynamamaq" və diplomatik münasibətləri pozmamağa çağırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az