15 yaşlı uşaq məktəbə silahlı hücum planı hazırladı - Danimarkada şok

13:57 - 08 Avqust 2025

15 yaşlı uşaq məktəbə silahlı hücum planı hazırladı - Danimarkada şok

Danimarkanın cənub-şərqində yerləşən Koldinq  şəhərində məktəbə silahlı hücum təşkil etməkdə şübhəli bilinən 15 yaşlı oğlan şagird polis tərəfindən saxlanılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum planının üç şagird tərəfindən birlikdə hazırlandığı müəyyən edilib.

Digər iki şübhəli isə sorğulardan sonra sərbəst buraxılıb.

Cənub-şərqi Yutland bölgəsi polisi ötən cümə günü "Sct. Michaels" adlı özəl məktəbdə silahlı hücumun baş verə biləcəyi barədə xəbərdarlıq aldığını bildirib. Hücumun ölkədə yay tətilinin bitəcəyi 11 avqust tarixindən əvvəl Koldinqdəki bu məktəbə qarşı planlaşdırıldığı vurğulanıb.

Rəsmi qurumlar, hadisənin üzə çıxarılması ilə birlikdə məktəbdə və ətraf bölgədə hər hansı təhlükənin olmadığını, məktəbdə təhsil alan şagirdlərin təhlükəsizliyinin təmin edildiyini qeyd ediblər.

15 yaşlı şübhəli, adam öldürməyə cəhd ittihamı ilə məhkəməyə təqdim olunub və prokurorluğun müraciəti əsasında dörd həftəlik müvəqqəti həbs qərarı verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az