Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisinə başlanıldı

14:41 - 08 Avqust 2025

Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisinə başlanıldı

Qazaxıstanın Almatı vilayətində ölkənin ilk atom elektrik stansiyasının tikintisinə başlanılıb. Təməlqoyma mərasimində Qazaxıstan Energetika Nazirliyi və Rosatom şirkətinin nümayəndələri iştirak ediblər.


Manset.az xəbər verir ki, layihəyə 14-15 milyard dollar investisiya ayrılacaq və əlavə 1 milyard dollar sosial infrastruktur üçün sərf ediləcək.

Qazaxıstan Nüvə Enerjisi Agentliyinin prezidenti Almasadam Satkaliyev və Rosatom-un baş direktoru Aleksey Lixaçev, layihənin Qazaxıstanın sənaye və iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıblar. Mərasimə beynəlxalq nümayəndələr də qatılıb.

2024-cü ildə keçirilən referendumda xalqın 71,12%-i layihəni dəstəkləyib. 2025-ci ilin fevralında Almatı vilayətində tikintinin başlanması qərara alınıb. Qazaxıstanın prezidentinə görə, ölkədə üç atom elektrik stansiyasının tikilməsi planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az