Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzə zolağında uşaqlar arasında kəskin qidalanma çatışmazlığının indiyədək qeydə alınmış ən yüksək səviyyəyə çatdığını açıqlayıb.
Manset.az xəbər verir ki, BMT Baş katibinin müavini Farhan Haqın gündəlik mətbuat konfransında verdiyi məlumata görə, Qəzzada, xüsusilə uşaqlar arasında aclıq və qidalanma böhranı getdikcə daha da dərinləşir.
Haq bildirib ki, yalnız iyul ayında 5 yaşadək 136 min uşaq müayinə olunub və onlardan 12 mini kəskin qidalanma problemi ilə diaqnoz qoyulub. Bu uşaqlardan 2 min 500-ü həyati təhlükə ilə üzləşir və bu göstərici iyun ayına nisbətən 18% artıb.