Livanın cənubunda Tir şəhəri ətrafında silah anbarında sursat partlayışı nəticəsində ən azı altı yerli hərbçi ölüb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış “Hizbullah”a məxsus silah anbarının sökülməsi zamanı baş verib.
Bildirilib ki, hadisə yerinə təcili yardım maşınları gəlib.