Kamçatkada 6,0 maqnitudalı zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanların ocağı 33 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 215 km aralıda baş verib.
Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində güclü zəlzələ baş vermişdi. Bu, 1952-ci ildən bəri regionda ən güclü zəlzələ idi. Onun maqnitudası 8,8-ə çatmışdı.