İtaliya İsraili Qəzza zolağının tamamilə hərbi nəzarətə alınması məqsədilə genişmiqyaslı hərbi əməliyyata başlamaqdan çəkinməyə çağırıb.
Manset.az xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri və Baş nazirinin müavini Antonio Tayani "Il Messaggero" gündəlik qəzetinə müahibəsində danışıb.
"Qəzzaya hərbi müdaxilə İsrail əsgərləri üçün Vyetnam təcrübəsinə çevrilə bilər", - deyə nazir xəbərdarlıq edib.
O, ərəb ölkələrinin rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının missiyasının "Fələstin dövlətini yenidən birləşdirmək" çağırışlarını təkrarlayaraq İtaliyanın prosesdə iştirak etməyə hazır olduğunu qeyd edib.