Bazar günü Kamçatkada 5 bal gücündə yeni zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin regional bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağının dərinliyi 43,8 kilometr, Petropavlovsk-Kamçatskiyə qədər olan məsafə isə 158 kilometrdir.
Xatırladaq ki, Kamçatkada iyulun 30-da 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib və maqnitudası 8,8 olub.