Tramp “bomjları” Vaşinqtondan qovur - Paytaxtımızdan gedin!

08:30 - 11 Avqust 2025

Tramp “bomjları” Vaşinqtondan qovur - Paytaxtımızdan gedin!

ABŞ prezidenti Donald Tramp evsizləri Vaşinqton küçələrindən çıxarmaq niyyətində olduğunu açıqlayıb.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu məlumatı Tramp özünə məxsus Truth Social hesabında paylaşıb: "Sabah Ağ Evdə mətbuat konfransı olacaq. Mən paytaxtımızı əvvəlkindən daha təhlükəsiz və gözəl edəcəm. Evsizlər dərhal getməlidir. Biz sizi yaşayış yerləri ilə təmin edəcəyik, lakin paytaxtdan uzaqda.

O, cinayətkarlara da müraciət edib: "Cinayətkarlar, getməyiniz lazım deyil. Sizi aid olduğunuz yerdə həbs edəcəyik. Heç bir "cənab yaxşı oğlan” söhbəti olmayacaq. Biz paytaxtımızı geri istəyirik".

Tramp məlumatına Vaşinqton küçələrindəki zibillərin, şəhərin meydanlarında və parklarında evsiz çadırların fotolarını da əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az