ABŞ Zelenski ilə Putinin görüşünü hazırlayır - Vens

22:55 - 10 Avqust 2025

ABŞ Zelenski ilə Putinin görüşünü hazırlayır - Vens

ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya rəhbəri Vladimir Putin arasında görüş təşkil etməyə çalışır.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens Fox News telekanalında deyib.

Onun sözlərinəm görə, “Birləşmiş Ştatlar görüşüb müharibənin dayandırılmasını müzakirə edə biləcəkləri vaxta dair razılığa gəlmək prosesindədir: “Biz indi Zelenski, Tramp və Putinin oturub Ukraynada müharibənin dayandırılmasını müzakirə etmələrini planlaşdırdığımız mərhələdəyik”.

Vens ABŞ prezidenti Donald Trampın administrasiyasının Ukrayna və Zelenski ilə dialoqu dəstəklədiyinə aydınlıq gətirib və ABŞ-nin hazırkı təmas xətti boyunca Ukraynadakı müharibəni bitirməyə çalışdığını vurğulayıb: "Biz həm ukraynalıların, həm də rusların yaşaya biləcəyi razılaşdırılmış həll yolunu tapmağa çalışacağıq".

Bundan əlavə, vitse-prezident bildirib ki, ABŞ Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini azaldacaq, çünki onlar sülh yolu ilə nizamlanmaya nail olmaq istəyirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az