ABŞ-ın Ohayo ştatında dəhşətli cinayət hadisəsi baş verib. Polis idarəsi 3 avqust axşamı saat 20:00 radələrində Fort Anthony yolunda pis qoxu ilə bağlı məlumat alıb.
Manset.az Dayton Daily News-a istinadən xəbər verir ki, 911-ə zəng edən şəxs “Qutunu açmaq istəmədim. Qoxu o qədər pis idi ki, adi ölüm qoxusu deyildi,” – deyə bildirib. Hadisə yerinə gələn polis əməkdaşları qutunun içərisindən 28 yaşlı Brittany Fuhr-Storms-un meyiti tapılıb. Məhkəmə-tibbi ekspertiza qadının hamilə olduğunu və körpənin də həyatını itirdiyini təsdiqləyib.
52 yaşlı James R. Rothenbusch hadisə yerində saxlanılıb. Onun evində narkotik vasitələr də tapılıb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.