İlon Maskdan bu ölkəyə xəbərdarlıq - 1 milyon nəfər yoxa çıxa bilər

15:17 - 11 Avqust 2025

İlon Maskdan bu ölkəyə xəbərdarlıq - 1 milyon nəfər yoxa çıxa bilər

Texnologiya dünyasının ən tanınmış simalarından biri olan İlon Mask Yaponiyanın ciddi demoqrafik böhran yaşadığını bildirib.


Manset.az-ın məlumatına görə, X (keçmiş Twitter) platformasında açıqlama edən Mask bildirib ki,  ölkədə əhalinin sürətlə azalması davam edərsə, Yaponiyada bu il ərzində “təxminən bir milyon insan itirilə bilər”.

Paylaşımda qeyd olunur ki, Yaponiyanın əhalisi 2024-cü ildə doğum və ölüm fərqinə görə 900 mindən çox azalıb. Rəsmi statistikaya görə, bu il Yaponiyada 686 min doğum, 1 milyon 605 min ölüm qeydə alınıb. Bu isə təxminən 919 min nəfərlik əhali itkisi deməkdir.

Mask süni intellekti bu problemin yeganə həlli kimi göstərib. Sosial şəbəkələrdə bəzi istifadəçilər onu tənqid edərək, əsl problemin sosial ədalətsizlik və yaşayış şərtləri olduğunu vurğulayıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az