Alman mətbuatından ŞOK iddia - Ukraynalı uşaqlar onlayn satışdadır

10:23 - 12 Avqust 2025

Alman mətbuatından ŞOK iddia - Ukraynalı uşaqlar onlayn satışdadır

Almaniyanın Bild qəzeti Ukraynadan qanunsuz yollarla Rusiyaya aparıldığı iddia olunan uşaqların internet vasitəsilə satışa çıxarıldığını yazıb. Qəzetin məlumatına görə, “Save Ukraine” yardım təşkilatının araşdırmaları nəticəsində Rusiyada fəaliyyət göstərən bir saytda 294 Ukraynalı uşağın fotoşəkilləri və şəxsi məlumatları yerləşdirilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hər uşağın profilində yaşı, cinsi, sağlamlıq durumu və xarakter xüsusiyyətləri detallı şəkildə təqdim olunub. Platforma istifadəçilərə yaş, cins və digər meyarlara görə axtarış imkanı yaradır, bu isə saytı bir növ “onlayn kölə bazarı”na çevirir.

“Save Ukraine” təşkilatı iddia edir ki, bu sistem uşaq alveri məqsədilə qurulub. Müharibənin başlanmasından bəri minlərlə Ukraynalı uşağın Rusiyaya aparıldığı bildirilir.

Hadisə beynəlxalq hüquq normalarına, xüsusilə BMT-nin Uşaq Hüquqları Konvensiyasına və Cenevrə Konvensiyasına zidd hesab edilir. Rusiya tərəfi hələlik bu ittihamlarla bağlı açıqlama verməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az