Meta şirkətinin rəhbəri Mark Zukerberq Kaliforniyada yerləşən "Crescent Park" məhəlləsində özünə xüsusi kompleks qurmaq üçün 11 ev satın alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, milyarder və həyat yoldaşı Prisilla Çan bu əraziyə hələ 2011-ci ildə köçüblər və tədricən ətrafdakı evləri almağa başlayıblar. İndiyədək 110 milyon dollardan çox vəsait xərcləyiblər.
Zukerberq bu evlərin beşini birləşdirərək lüks şəxsi kompleksə çevirib. Milyarderin məhəllədə bu qədər ərazi alması yerli sakinlərin narazılığına səbəb olub.
Zukerberqin mülkləri üçün şəhər rəhbərliyi 56 tikinti icazəsi verib. Bu da bəzi sakinlər arasında, yerli hakimiyyətin onun bütün istəklərinə boyun əydiyi barədə narahatlıq yaradıb. Şəhər rəhbərliyi isə hər şeyin qanun çərçivəsində olduğunu açıqlayıb.