Nigeriyada güclü yağışlar can aldı

18:40 - 12 Avqust 2025

Nigeriyada güclü yağışlar can aldı

Nigeriyanın Ebonyi əyalətində güclü yağışlar nəticəsində baş verən sel fəlakəti 8 nəfərin, o cümlədən 3 uşağın həyatına son qoyub. 


Manset.az xarici mediaya istinadla xəbər verir ki, sel nəticəsində 800 hektardan çox əkin sahəsi su altında qalıb, təxminən 3 min ev zərər çəkib.

Bölgədə kütləvi köçhumanitar böhran yaşandığı deyilib.

Tropik iqlim zonasına daxil olan Nigeriyada illik yağıntı miqdarı bölgədən-bölgəyə fərqli olsa da, bu il ölkə üzrə baş verən sel fəlakətlərindən 140 min 228 nəfərin təsirləndiyi, 49 min 205 nəfərin isə evsiz qaldığı açıqlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az