Almaniya tərəfindən qorunma altına alınan eşşək arılarını (Wespe) səbəbsiz öldürənlərə 50 min avroya (Təxminən 93000 AZN) qədər cərimə tətbiq ediləcək.
Manset.az alman mediasına istinadla xəbər verir ki, Almaniyada eşşək arıları qanuni qoruma altındadır. Onların qəsdən öldürülməsi qadağandır və Federal Təbiəti Qoruma Qanununa görə nadir növlər, məsələn Kreiselwespe, icazəsiz öldürülərsə, cərimə 50 min avroya qədər çata bilər. Lakin bu rəqəm adətən “qanuni maksimum” olaraq qalır.
Rəsmi olaraq 50 min avroya qədər cərimə olsa da, praktikada daha az tədbirlər görülür. Bir çox hallarda sadəcə xəbərdarlıq edilir.
Mütəxəssislər eşşək arılarını öldürməkdənsə, təbii üsullarla uzaqlaşdırmağı tövsiyə edir.