"Netanyahu ağlını itirib" - Lukson

13:55 - 14 Avqust 2025

\"Netanyahu ağlını itirib\" - Lukson

Yeni Zelandiya Baş naziri Kristofer Lukson, İsrailin Qəzzaya hücumlarını "tamamilə qəbuledilməz" adlandıraraq, Baş nazir Binyamin Netanyahunun "çox irəli getdiyini" və "ağlını itirdiyini" bildirib.


Manset.az xəbər verir ki, Lukson jurnalistlərə açıqlamasında, Qəzzadakı vəziyyətin dəhşətli olduğunu vurğulayıb və Netanyahunun beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardına vurduğunu deyib. O, həmçinin İsrailin humanitar yardımların Qəzzaya sərbəst çatdırılması ilə bağlı çağırışlara da məhəl qoymadığını, bunun isə böhranı daha da dərinləşdirdiyini qeyd edib.

İsrailin 7 oktyabr 2023-dən bəri Qəzzaya davam edən hücumlarında azı 61,599 fələstinli həlak olub, 154,088 nəfər yaralanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az