Dünya sabah ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada baş tutacaq görüşməni gözləyərkən, Kreml görüşün detallarını açıqlayıb.
Manset.az-ın məlumatına görə, Putinin köməkçisi Yuri Uşakov bildirib ki, liderlər əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətləri ilə görüşəcək və görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər.
Uşakovun sözlərinə görə, görüşün əsas mövzusu Ukrayna olacaq və orada həssas məsələlər müzakirə ediləcək. Təkbətək görüşdə yalnız tərcüməçilər iştirak edəcək. Liderlər görüşdən əvvəl nümayəndə heyətləri ilə birlikdə səhər yeməyi də edəcəklər.
Görüşün Bakı vaxtı ilə saat 23:30-da başlaması gözlənilir.