Prezident Rəcəb Tayyib Ərdoğan, CHP lideri Özgür Özələ qarşı 1 milyon TL-lik mənəvi təzminat iddiası qaldırıb.
Manset.az Türk mediasına istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabında açıqlama verib. Səbəb, Özelin mitinq və mətbuat açıqlamalarında Ərdoğana qarşı işlədiyi təhqiramiz ifadələrdir.
Həmçinin, “Prezidentə təhqir” ittihamı ilə prokurorluğa şikayət də təqdim olunub.