"Hər hansı sənədin imzalanması gözlənilmir" - Peskov

19:47 - 14 Avqust 2025

\"Hər hansı sənədin imzalanması gözlənilmir\" - Peskov

“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin görüşündən sonra Moskva və Vaşinqton hər hansı sənəd hazırlamaqı planlaşdırılmır”. 


Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə ABŞ və Rusiya liderlərinin Alyaska görüşü barədə açıqlamasında bildirib.

“Sammitin yekunu üzrə hər hansı sənədin imzalanması gözlənilmir. Bu görüş üçün hər hansı sənəd hazırlanmayıb, buna görə də imzalanması ehtimalı azdır”, - deyə Kreml nümayəndəsi qeyd edib.

O, deyib ki, dövlət başçıları görüşün yekunları barədə mətbuat konfransında məlumat verəcəklər.

Əlavə edib ki, əldə edilə biləcək razılaşma və anlaşmaların spektri ictimaiyyətə açıqlanacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az