Trampla görüş üçün Alyaskaya yola düşdü

19:25 - 15 Avqust 2025

Trampla görüş üçün Alyaskaya yola düşdü

Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Maqadandan ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə uçub.


Manset.az-ın Report-a istinadən məlumatına görə, Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Maqadandan uçuş planlı olub və Rusiya Prezidentini daşıyan təyyarə Alyaskada yerli vaxtla düz 11:00-da eniş edəcək, Putini Donald Tramp qarşılayacaq.

Peskov qeyd edib ki, Alyaskaya uçuş zamanı Putin qarşıdan gələn sammitin müxtəlif mövzuları - Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərində gərginlik yaradan məsələlərə qədər materiallar üzərində işləyəcək.

Onun sözlərinə görə, bu, mümkün iqtisadi əməkdaşlıq layihələri, regional və beynəlxalq məsələlər daxil olmaqla genişspektrli məsələlər toplusudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az