Putinin təyyarəsi Alyaskaya çatdı - YENİLƏNİB

22:16 - 15 Avqust 2025

Putinin təyyarəsi Alyaskaya çatdı - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə eniş edib.


Manset.az xəbər verir ki, Rusiya liderinin təyyarəsinin uçuşunu onlayn rejimdə 469 mindən çox insan izləyir.

***

Rusiya heyəti, Prezident Vladimir Putin və ABŞ Prezidenti Donald Trump arasında keçiriləcək görüş üçün Alyaskanın Anchorage şəhərinə çatıb.


Manset.az xəbər verir ki, heyətdə Xarici İşlər Naziri Sergey Lavrov, Müdafiə Naziri Andrey Belousov və digər yüksək vəzifəlilər iştirak edir.

Putin, görüşdən əvvəl Rusiyanın şimal-şərqində yerləşən Maqadan şəhərində rəsmi görüşlər keçirib.

Putin-Trump görüşündə əsas mövzular Ukrayna böhranı, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər olacaq. Görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az