"Putinlə danışıqlar uğursuz keçsə, qayıdacağam"

21:46 - 15 Avqust 2025

\"Putinlə danışıqlar uğursuz keçsə, qayıdacağam\"

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskada danışıqların nəticəsiz qalacağı təqdirdə, tez bir zamanda Vaşinqtona qayıtmağa hazırdır.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Ağ Ev rəhbəri bu gün sammitin keçiriləcəyi Ankoric şəhərinə uçan təyyarəsində "Fox News" telekanalına müsahibəsində deyib.

Eyni zamanda, Tramp qarşıdakı danışıqların çox yaxşı keçəcəyinə əminliyini ifadə edib:

"Əks halda, mən qayıdacağam".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az