Çin və Tayvan arasında 10 il sonra ilkə imza atıldı

14:14 - 10 Aprel 2026

Çin və Tayvan arasında 10 il sonra ilkə imza atıldı

Çin Xalq Respublikasının Prezidenti Şi Cinpinq paytaxt Pekində Tayvanın müxalifət lideri Çeng Li-vun ilə görüşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, Çin ilə Tayvan arasında 10 ildən sonra həyata keçirilən ilk yüksək səviyyəli təmas olub. Şi görüşdə, "Çin Tayvanın müstəqillik cəhdlərinə heç vaxt dözüm göstərməyəcək", - deyə bildirib.

Şi, "Boğazın hər iki tərəfindəki vətəndaşlarımız hamısı çinlidir. Sülh, inkişaf, ticarət və əməkdaşlıq istəyən bir ailənin insanlarıdır. Boğazın hər iki sahili də "bir Çinə aiddir" ifadələrini işlədib.

Şi, Çin ilə Tayvanın birləşməsi məsələsinə də toxunub. Bu mövzu uzun müddət Çinin məqsədi olsa da, Tayvan tərəfindən rədd edilib. Şi, "KMT və Kommunist Partiyası siyasi qarşılıqlı etimadı möhkəmləndirməli, müsbət əlaqələri davam etdirməli, boğazın hər iki tərəfindəki vətəndaşları birləşdirməli və vətənin yenidən birləşməsi və milli dirçəlişi təmin etmək üçün birgə çalışmalıdır", - deyə vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az