ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ölkənin birinci xanımı Melaniya Trampın məktubunu ona təqdim edib.
Manset.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin birinci xanımı məktubda Ukrayna və Rusiyadakı uşaqların vəziyyəti ilə bağlı mövzuya toxunub.
"Məktubun məzmununu açıqlamayan rəsmilər orada yalnız Ukraynada müharibə nəticəsində uşaqların oğurlanmasından bəhs edildiyini bildiriblər", - agentlik yazır.
Qeyd edək ki, Melaniya Tramp həyat yoldaşını Ankoricə səfəri zamanı müşayiət etməyib.