Zelenski bu tarixdə Trampla görüşəcək

12:52 - 16 Avqust 2025

Zelenski bu tarixdə Trampla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də amerikalı həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.


Manset.az xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdə bildirib.

"Ümumilikdə bir saat yarımdan çox, Prezident Trampla təxminən bir saat danışdıq. Biz Prezident Trampın Ukrayna – ABŞ - Rusiya üçtərəfli görüşünün keçirilməsi təklifini dəstəkləyirik. Müharibənin başa çatması ilə bağlı bütün təfərrüatları bazar ertəsi Vaşinqtonda Prezident Trampla müzakirə etmək niyyətindəyəm. Dəvətə görə minnətdaram", - o qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az