Rusiyada matəm elan edildi

13:25 - 16 Avqust 2025

Rusiyada matəm elan edildi

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı zavodda 11 nəfərin ölümü, 130 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar avqustun 18-də birgünlük matəm elan edilib.


Manset.az-ın məlumatına görə, bu barədə regionun qubernatoru Pavel Malkov məlumat verib.

"Şilovski rayonunda baş verən faciə ilə bağlı olaraq, avqustun 18-i Ryazan vilayətində matəm günü elan olunub", – deyə o, "Telegram" hesabında bildirib.

Pavel Malkov qeyd edib ki, həmin gün vilayətin bütün ərazisində dövlət bayraqları endiriləcək. Mədəniyyət ocaqlarına, televiziya və radio qurumlarına əyləncə xarakterli tədbirləri və yayımları ləğv etmək tapşırılıb:

"Bu ağır faciədən əziyyət çəkən hər kəsin dərdini bölüşürəm. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı verirəm, yaralılara isə tezliklə sağalmağı arzu edirəm", – deyə o əlavə edib.

Rayon rəhbəri həmçinin bildirib ki, həlak olanların ailələrinə və yaralılara dövlət tərəfindən dəstək göstəriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az