Yaxın günlərdə Tramp-Putin-Zelenski görüşü keçirilə bilər - KIV

00:30 - 17 Avqust 2025

Yaxın günlərdə Tramp-Putin-Zelenski görüşü keçirilə bilər - KIV

ABŞ avqustun 22-də Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirmək istəyir.


Manset.az  Report-a istinadən xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

“Tramp Zelenskiyə və digərlərinə zəng zamanı üçtərəfli sammiti tez bir zamanda, avqustun 22-də keçirmək istədiyini bildirib”, - məlumatda bildirilib.

Bundan əvvəl Fransa lideri Emmanuel Makron bildirmişdi ki, “İstəklilər koalisiyası” tezliklə Rusiya-Ukrayna müharibəsində gələcək addımları müzakirə etmək üçün yeni iclas keçirəcək. Böyük Britaniyanın baş naziri Kir Starmer də sülh razılaşması əldə olunmasa, ölkəsinin Rusiyaya qarşı sanksiyaları artıracağını deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az